...

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 137-ə çatıb (YENİLƏNİB-6)

Dünya xəbərləri Materials 24 Mart 2024 22:06 (UTC +04:00)
"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 137-ə çatıb (YENİLƏNİB-6)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Crocus City Hall"da törədilən terror aktında xəsarət alanların sayı 182 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyası Moskva vilayətinin Səhiyyə Nazirliyi bildirib.

Bildirilib ki, 121 nəfər stasionar, daha 61 nəfər isə ambulator müalicə alır.

xxx

18:00

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 137 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, xəsarət alanların sayı 180-ə çatıb, 137 nəfər həlak olub.

xxx

12:11

"Crocus City Hall"da törədilən terror aktında xəsarət alanların sayı 154 nəfərə çatıb, 133 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyası Moskva vilayətinin Səhiyyə Nazirliyi bildirib.

xxx

09:11

Moskva vilayətinin “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında xəsarət alanların sayı artıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Operativ qərargahın yenilənmiş məlumatlarına əsasən xəsarət alanların sayı 152-yə çatıb. 133 nəfər həlak olub.

xxx

21:09

"Crocus City Hall"da törədilən terror aktında xəsarət alanların sayı 147 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyası Moskva vilayətinin Səhiyyə Nazirliyi bildirib.

xxx

17:36

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 133 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

xxx

14:00

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 115 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

xxx

12:40

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 93 nəfərə çatıb.

Trend bu barədə Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, terror aktı nəticəsində 100 nəfər yaralanıb.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti