...

İranda ardıcıl üç zəlzələ olub

Dünya xəbərləri Materials 5 Aprel 2024 14:04 (UTC +04:00)
İranda ardıcıl üç zəlzələ olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranda ardıcıl üç zəlzələ qeydə alınıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün Xuzistan əyalətində ardıcıl üç dəfə zəlzələ baş verib.

Məlumata görə, sözügedən əyalətin Məşraqe şəhərində Rixter cədvəli üzrə 4,1, 4,4 və 4,9 bal gücündə zəlzələlər qeydə alınıb.

Tehran Universitetinin Geofizika İnstitutunun Milli Syesmoloji Mərkəzi bildirib ki, zəlzələlər 12:15 radələrində və ardıcıl olaraq 8, 19 və 31 kilometr dərinliklərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti