...

Ağ Ev Kiyevə yardım üçün daha 100 milyard dollar tələb edə bilər

Dünya xəbərləri Materials 9 Aprel 2024 23:30 (UTC +04:00)
Ağ Ev Kiyevə yardım üçün daha 100 milyard dollar tələb edə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika administrasiyası Ukraynaya yardım göstərmək üçün ABŞ Konqresindən daha 100 milyard dollar tələb edə bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ Senatının üzvü Erik Şmitt deyib.

Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə o, iclasda iştirak edən ABŞ müdafiə naziri Lloyd Ostindən Amerika hökumətinin Kiyevə yardım üçün ayırmaq istədiyi vəsaitin ümumi məbləğini göstərməyi xahiş edib.

"Bu komitənin üzvlərinə bildirilib ki, 100 milyard dollar üçün daha bir sorğu edilə bilər", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti