...

Kristalina Georgiyeva yenidən IMF-in idarəedici direktoru vəzifəsinə seçilib

Dünya xəbərləri Materials 13 Aprel 2024 02:56 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (IMF) hazırkı rəhbəri Kristalina Georgiyeva yeni müddətə yenidən seçilib.

Trend xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

“Beynəlxalq Valyuta Fondunun İcraiyyə Şurası Kristalina Georgiyevanı 2024-cü il oktyabrın 1-dən etibarən ikinci beşillik müddətə IMF-in idarəedici direktoru vəzifəsinə seçib”, – press-relizdə diqqətə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti