Bakı. Trend:
ABŞ İsrail xalqının yanında olacaq və onun İrandan gələn təhdidlərə qarşı müdafiəsini dəstəkləyəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Edriyen Uotson bildirib.
"İran İsrailə hava hücumu edib. Prezident Baydenin milli təhlükəsizlik komandası vəziyyətlə bağlı müntəzəm olaraq yeniliklər alır və bu gübdüz Ağ Evdə onlarla görüşəcək. Onun komandası İsrail rəsmiləri, eləcə də digər tərəfdaş və müttəfiqləri ilə daimi əlaqə saxlayır. Bu hücum çox güman ki, bir neçə saat davam edəcək. Prezident Bayden açıq şəkildə bildirdi: Bizim İsrailin təhlükəsizliyinə dəstəyimiz möhkəmdir", - deyə bildirilib.