...

İsrail İranın hücumuna cavab verəcəyini vəd edib

Dünya xəbərləri Materials 15 Aprel 2024 21:57 (UTC +04:00)
İsrail İranın hücumuna cavab verəcəyini vəd edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail İranın hücumuna qarşı cavab tədbiri hazırlayır.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general Herzi Halevi İranın hücumunda hədəf alınan Nevatim Hava Bazasından verdiyi açıqlamasında bildirib.

"Biz gələcək addımları nəzərdən keçiririk. Pilotsuz uçuş aparatları və qanadlı raketlərlə hücuma cavab verilməlidir", - Halevi deyib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Xəbər lenti

Xəbər lenti