...

Rusiya müdafiə nazirinin müavini həbs olunub

Dünya xəbərləri Materials 24 Aprel 2024 11:57 (UTC +04:00)
Rusiya müdafiə nazirinin müavini həbs olunub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya müdafiə nazirinin müavini Timur İvanov iyun ayınadək həbs olunub.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, iş yerində saxlanılan nazir müavini xüsusən iri həcmdə rüşvət götürməkdə ittiham olunur.

Qeyd edək ki, Timur İvanov 2016-cı ilin may ayında Rusiya müdafiə nazirinin müavini təyin olunub. O, Müdafiə Nazirliyində idarə obyektlərinin tikintisinə və əsaslı təmirinə nəzarət edib. Bundan başqa, İvanov Rusiya Silahlı Qüvvələrinin əmlakının idarə olunması, qoşunlarının yerləşdirilməsi, eləcə də mənzil-məişət və tibbi təminatının təşkilinə cavabdeh olub.

Həbs olunan nazir müavininin ilkin istintaq müddəti ərzində Lefortovo istintaq təcridxanasında saxlanacağı bildirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti