...

Böyük Britaniyanın XİN rəhbəri Astanaya səfər edib

Dünya xəbərləri Materials 24 Aprel 2024 16:44 (UTC +04:00)
Böyük Britaniyanın XİN rəhbəri Astanaya səfər edib
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Astanaya rəsmi səfərə gəlib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan XİN məlumat yayıb.

Bundan əvvəl bildirilib ki, Kemeron ölkə rəhbərliyi ilə görüşəcək və baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu ilə danışıqlar aparacaq.

Bundan başqa, qeyd olunub ki, səfər çərçivəsində siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də aktual regional və beynəlxalq mövzular müzakirə olunacaq.

Səfərin yekunları üzrə bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti