...

Avropa Rusiya ilə müharibəyə hazırlaşır - Viktor Orban

Dünya xəbərləri Materials 24 May 2024 16:58 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Rusiya ilə müharibəyə hazırlaşır, Avropadakı ritorika bundan xəbər verir.

Trend xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosunun efirində deyib.

Onun sözlərinə görə, Qərb siyasətçilərinin Birinci və İkinci Dünya müharibələri açıqlamaları ilə hazırki açıqlamaları arasında "qorxulu bənzərlik" var.

"İki Dünya müharibəsi öncəsi KİV-də uzun müddət müharibəyə qoşulma üzrə hazırlıq getdi. Fikrimcə, bu gün Brüsseldə və Vaşinqtonda baş verənlər bir növ mümkün birbaşa münaqişəyə hazırlıqdır. Sakit şəkildə demək olar ki, Avropanın müharibəyə qoşulmasına hazırlıq gedir, bu KİV-də və siyasətçilərin açıqlamalarında baş verir", - o deyib.

Orban bildirib ki, Avropa və ABŞ-də "Rusiya təhdidi" barədə danışıqlar Qərbin müharibəyə hazırlıq manevridir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti