Bakı. Trend:
ABŞ-ın Çikaqo şəhərində atışma olub
Trend xəbər verir ki, atışma zamanı beş yaşlı qız öldürülüb.
"Küçədə dayanan bir qrup şəxs arasında atışma olub. Güllə park halında olan avtomobildə oturan qızın qarın boşluğuna tuş gəlib. O, xəstəxanaya aparılsa da, sonra dünyasını dəyişib", - deyə polis bildirib.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.