...

Almatıda KTMT-yə üzv ölkələrin müdafiə nazirlərinin iclası Ermənistanın iştirakı olmadan keçirilir

Dünya xəbərləri Materials 31 May 2024 10:27 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Almatı şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin iclası başlayıb, Ermənistan iclasda iştirak etmir.

Trend xəbər verir ki, bu barədə KTMT katibliyinin nümayəndəsi Yuri Şuvalov TASS agentliyinə bildirib.

KTMT nümayəndəsinin sözlərinə görə, İrəvan iclasda təmsil olunmasa da, Almatıda məhdud formada qərar qəbul olunmasına etiraz etmir.

Qeyd edək ki, iclas iştirakçıları KTMT-nin kollektiv təhlükəsizlik regionlarındakı çağırışları və hərbi təhlükəsizlik üçün təhdidləri, eləcə də, təşkilatın hərbi komponentlərinin inkişaf məsələlərini müzakirə edəcəklər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti