...

Yaponiya Ukrayna ilə yardım sazişi imzalayacaq

Dünya xəbərləri Materials 8 İyun 2024 14:14 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya Ukrayna ilə yardım haqqında 10 illik saziş imzalayacaq.

Trend xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.

Məlumata görə, saziş 13-15 iyun tarixlərində İtaliyada keçiriləcək G7 ("Böyük Yeddilik") sammiti çərçivəsində imzalanacaq.

Sazişə əsasən Tokyo Kiyevə təhlükəsizlik və müdafiə sahəsində dəstək göstərəcək, o cümlədən qeyri-letal hərbi ləvazimat və materiallar göndərəcək, ukraynalı hərbçilərin müalicəsinə və Ukrayna kəşfiyyatına yardım edəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti