...

Yaponiyada "Honda"da aşkarlanan pozuntulara görə yoxlamalar aparılır

Dünya xəbərləri Materials 10 İyun 2024 08:07 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın Dövlət Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi "Honda" şirkətinin baş ofisində yoxlama aparır.

Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.

Məlumata əsasən, buna səbəb müəyyən avtomobil modelləri üçün sınaq qaydalarının pozulması ilə bağlı şübhələrin olmasıdır.

Bildirilib ki, səhər saatlarında beş nazirlik əməkdaşı "Honda"nın qərargahına gələrək yoxlamaya başlayıb. Şirkət 2009-2017-ci illər arasında avtomobilləri səs-küyə görə sınaqdan keçirərkən pozuntular barədə məlumat verməkdə şübhəli bilinir. Bu, "Fit" də daxil olmaqla 22 modelə aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti