...

Avropa Komissiyası Ukraynaya yardım paketi ayıracaq

Dünya xəbərləri Materials 11 İyun 2024 18:50 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1,5 milyard avroluq yardım paketi ayıracaq.

Trend Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, yardımın 10 faizi yenidənqurma və bərpa işlərinə, böyük hissəsi isə Ukraynanın müdafiəsinə yönəldiləcək.

Bundan başqa, Ukrayna maliyyə yardımının 1,9 milyard avrosunu "Ukraine Facility" proqramı çərçivəsində alacaq.

Avropa Komissiyasının prezidenti bildirib ki, G7 ölkələrinin gələn həftə keçiriləcək sammitində Ukraynanın dondurulmuş Rusiya aktivlərindən daha sürətlə necə faydalana biləcəyi müzakirə olunacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti