...

Ermənistanda etirazlarda iştirak edən 12 nəfərə qarşı cinayət işi açıldı

Dünya xəbərləri Materials 17 İyun 2024 12:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 12-də keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatyının İrəvanın Vaqramyan prospektindəki mitinqində iştirak edən 12 nəfərə qarşı cinayət işi açılıb.

Trend xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Məlumata görə, onlardan 8 nəfəri barəsində həbs, 4 nəfərlə bağlı isə ev həbsi ilə bağlı qətimkan tədbiri seçilib. Bir nəfər isə paytaxt ərazisini tərk etməmək şərti ilə sərbəst buraxılıb.

Həmçinin adı açıqlanmayan digər bir nəfərin isə axtarışa verildiyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti