...

Dağıstanda məhv edilən silahlılardan biri partiya sədri olub

Dünya xəbərləri Materials 24 İyun 2024 15:44 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Dağıstanda məhv edilən terrorçulardan biri əvvəllər “Ədalətli Rusiya” partiyasının rayon şöbəsinə rəhbərlik edib.

Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Əli Zəkariqayev Serqokalinski rayonunda partiya şöbəsinin sədri olub, iki il əvvəl bu vəzifəni tərk edib. O, bundan sonra partiyanın üzvü kimi qalıb.

Qeyd edilir ki, Zəkariqayev Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun qardaşı oğludur.

Qeyd edək ki, vətəndaşların təhlükəsizliyini təmin etmək, terror cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən şəxslərin zərərsizləşdirilməsi üçün Rusiya FSB-nin Dağıstan üzrə departamenti antiterror əməliyyatı keçirib. Mahaçqala və Dərbənd şəhərlərinin inzibati sərhədləri daxilində antiterror əməliyyatının hüquqi rejimi bu gün saat 08:15-də ləğv edilib..

Bazar günü Dərbənd və Mahaçqalada silahlı şəxslər pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Son məlumatlara görə, 15-dən çox polis əməkdaşı, həmçinin bir neçə mülki şəxs, o cümlədən Rus Pravoslav Kilsəsinin keşişi terror aktlarının qurbanı olub. Həmçinin, ikisi Dərbənddə, üçü isə Mahaçqalada olmaqla beş terrorçu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti