...

Uzunmüddətli sülh üçün dəstəyə ehtiyacımız var - Simonyan

Dünya xəbərləri Materials 27 İyun 2024 13:02 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Avropa İttifaqının bir hissəsinə çevrilmək istəyir.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Latviyaya səfəri zamanı deyib.

"Uzunmüddətli sülhün bərqərar olunması üçün bizə dəstək lazımdır. Bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur", - o deyib.

Simonyan bildirib ki, Ermənistanın Aİ-nin tamhüquqlu üzvü olması üçün dəstəyə ehtiyacı var.

Qeyd edək ki, iyunun 26-da Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.

İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə yenidən işlənmiş 9-cu redaksiyasını göndərməklə cavab verib.

Aprelin 8-də isə İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinin 8-ci redaksiyasına cavab göndərib.

Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-də sülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərib. Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti