Bakı. Trend:
Fransanın şimal sahillərində La-Manş boğazını keçərək Britaniyaya getməyə cəhd edən dörd miqrant həlak olub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, 4 miqrant Fransanın şimalındakı Bulon-sur-Mer sahillərində qayığın çevrilməsi nəticəsində həlak olub.
Məlumata görə,huşsuz vəziyyətdə tapılan 4 nəfəri xilas etmək mümkün olmayıb. Digər 14 nəfər balıqçı gəmisi, 49 nəfər isə Fransa donanmasının gəmisi tərəfindən xilas edilib.
Bu ilin ötən dövründə 13 mindən çox insan La-Manş vasitəsilə Böyük Britaniyaya çatıb.