...

Tehran HƏMAS lideri ilə vidalaşır

Dünya xəbərləri Materials 1 Avqust 2024 10:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranda qətlə yetirilən HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ilk cənazə mərasimi Tehranda keçirilir.

Trend xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Tehran Universitetində keçirilən mərasimdə Haniyənin cənazə namazı İranın dini lideri Ali Xamneyi tərəfindən qılınır.

Ardınca mərasim Azadi Meydanında davam edəcək. Sonra Haniyənin nəşi təyyarə ilə Qətərin paytaxtı Dohaya aparılacaq.

Sabah Qatar Milli Məscidində vida mərasimi keçiriləcək. Cümə namazından sonra İsmayıl Haniyə dəfn ediləcək.

Mərasimə çox sayda qonaqların qatılması gözlənilir.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.

Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti