Bakı. Trend:
Vladimir Putin məhbusların mübadiləsi çərçivəsində bu gün Rusiyaya qaytarılan şəxslərin əfv edilməsi haqqında fərman imzalayıb.
Trend TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Pol Uilan, Kevin Lik, Evan Qerşkoviç, Demuri Voronin, Vladimir Kara-Murza, Alsa Kurmaşeva, Liliya Çanışeva, Vadim Ostanin, Kseniya Fadeyeva, Aleksandra Skoçilenko, İlya Yaşin, Andrey Pivovarov və Oleq Petrovu əfv edib.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko bundan əvvəl ölüm cəzasına məhkum edilmiş Riko Krigeri əfv edib. Onun da azad edilərək Almaniyaya göndərildiyi bildirilir.