...

İrandan Türkiyəyə narkotik keçirilməsinin qarşısı alınıb

Dünya xəbərləri Materials 5 Avqust 2024 03:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrandan Türkiyəyə daxil olan qoşqulu yük avtomobilindən 2,2 ton metamfetamin narkotik maddəsi aşkarlanıb.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Türkiyə Ticarət Nazirliyindən edilən açıqlamada, "Bölmələrimiz tərəfindən aparılan işlər çərçivəsində, narkotik maddələrin qanunsuz dövriyyəsini qarşısını almaqla gənclərimizin zəhərlənməsinə qarşı aparılan qətiyyətli mübarizəmizi davam etdirəcəyik" deyildi.

Bildirilib ki, metamfetamin qanuni yük kimi bəyan edilən pudraya hopdurulmuş şəkildə Türkiyə ərazisinə keçirilib.

Narkotik maddə nazirliyin gömrük mühafizə birimləri tərəfindən keçirilən əməliyyat nəticəsində Türkiyə ilə İran arasındakı Gürbulaq sərhəd-keçid məntəqəsində aşkarlanaraq müsadirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti