...

Hakan Fidan Blinkenlə Yaxın Şərqdəki son vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 12 Avqust 2024 18:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçeli bildirib.

O qeyd edib ki, qarşı tərəfin təşəbbüsü ilə baş tutan danışıq zamanı İsraillə HƏMAS arasındakı danışıqlar prosesi və bölgədəki son vəziyyət müzakirə olunub.

Türkiyə XİN-in başçısı bölgədə artan gərginliyin narahatlıq doğurduğunu, İsrail-Fələstin qarşıdurmasında təcili olaraq davamlı atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti