Bakı. Trend:
ABŞ Səudiyyə Ərəbistanına bir sıra silahların satışına qoyulan qadağanı ləğv edib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, yaxın aylarda Səudiyyə Ərəbistanı 3 min kiçik diametrli və 7,5 min "Paveway IV" dəqiq idarə olunan bomba alacaq.
Qeyd edilir ki, silahların dəyəri 750 milyon dolları keçəcək.