Bakı. Trend:
X sosial şəbəkəsi şənbə günü Braziliya hakimi Alexandre de Moraesin "senzura əmrləri" səbəbindən Braziliyadakı fəaliyyətini "dərhal qüvvəyə minərək" dayandırdığını söylədi, Reuters xəbər verir.
Trend-in məlumatına görə, X iddia edir ki, Moraes şirkət platformasından müəyyən məzmunun silinməsi ilə bağlı qanuni göstərişlərə əməl etməyəcəyi təqdirdə şirkətin Braziliyadakı qanuni nümayəndələrindən birini gizli şəkildə həbs etməklə hədələyib.
Bununla belə, şirkət X xidmətinin Braziliya sakinləri üçün əlçatan olduğunu bildirib.