Bakı. Trend:
Hatayın Reyhanlı rayonunda polisin əməliyyat keçirdiyi bir evdə 15 min 301 tarixi əsər ələ keçirilib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, aparılan axtarışlar zamanı Roma, Bizans, Xet, Antakya və Makedoniya İmperatorluğu dövrlərinə aid 13 min 604 sikkə, 100 üzük, 22 kulon, 23 qızıl sikkə, 2 qızıl üzük, 22 gümüş sikkə, 310 gözyaşardıcı butulka, 836 yağ lampası, müxtəlif ölçülü və formalı 382 metal parçası götürülüb.
Ünvanda olmayan şübhəlinin tutulması üçün araşdırmalara başlanılıb.