...

Özbəkistanda zəlzələ baş verib

Dünya xəbərləri Materials 9 Sentyabr 2024 08:21 (UTC +04:00)

Bakı. Trend:

2024-cü il sentyabrın 9-da Özbəkistanda zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Respublika Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələ Daşkənd vaxtı ilə saat 5:45-də baş verib. Zəlzələnin episentri Daşkəndin Mirzo-Uluqbek rayonunda, koordinatları 41,33 dərəcə şimal eni və 69,38 dərəcə şərq uzunluğunda yerləşib. Zəlzələnin maqnitudası 3,6. Dərinliyi 5 km olub. Zəlzələnin episentri Daşkənddən 10 km şimal-şərqdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti