Bakı. Trend:
Vyetnamda Supertayfun "Yagi" səbəbindən ölənlərin sayı 233 nəfərə çatıb. Daha 103 nəfər itkin düşüb.
Trend xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Aradan Qaldırılması Departamenti məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi ölkədə torpaq sürüşmələrinə və gözlənilməz sel fəlakətlərinə səbəb olub. "Yagi" son 30 ildə Cənubi Çin dənizində yaranmış ən güclü tayfun hesab edilir.
Qeyd edilir ki, Vyetnamın şimal bölgəsində su səviyyəsi azalmağa başlayıb. Xilasetmə və hərbi qüvvələr, torpaq sürüşmələrinin baş verdiyi ərazilərdə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.