Bakı. Trend:
Türkiyədə FETÖ-ya qarşı 17 vilayətdə əməliyyatlar həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində məlumat yayıb.
O, FETÖ-ya qarşı Adana, Antalya, Balıkesir, Bursa, Çorum, Dənizli, Ədirnə, Eskişehir, Qaziantep, Kocaeli, Manisa, Malatya, Mardin, Osmaniyə, Samsun, Şanlıurfa ve Zonquldağda "Kıskaç-27" əməliyyatlarının həyata keçirildiyini və əməliyyat nəticəsində 39 şübhəlinin saxlanıldığını bildirib.
"Əziz millətimizin bilməsini istəyirəm ki, FETÖ-çülərə göz açdırmayacağıq. Terror təşkilatları və onların tərəfdarlarına qarşı əməliyyatlarımız qətiyyətlə davam edəcək", - Ali Yerlikaya qeyd edib.