Bakı. Trend:
Göyərtəsində üç nəfərin olduğu "Robinson R66" təyyarəsi Rusiyanın Amur vilayətində yoxa çıxıb.
Trend-in Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon üzrə mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hazırda axtarış işləri aparılır.
“Son 24 saat ərzində Zeya bələdiyyə rayonu ərazisində bir fövqəladə vəziyyət qeydə alınıb: 16 sentyabr 2024-cü il tarixində 07424 nömrəli Robinson R66 helikopterinin qəza mayakı sönüb. Gəmi Zeya bələdiyyəsinin ərazisindən qeydiyyatsız uçuş həyata keçirirmiş, göyərtəsində 3 nəfər olub”, - məlumatda deyilir.
“Xarqu” şirkətinin baş mühəndisinin sözlərinə görə, axtarışlara şirkətdən səkkiz nəfərdən və iki texnikadan ibarət iki yerüstü dəstə cəlb olunub.