...

Portuqaliyada meşə yanğınları böyüyür, ölənlər var

Dünya xəbərləri Materials 19 Sentyabr 2024 12:34 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyada meşə yanğınları nəticəsində 7 nəfər həlak olub, təxminən 40 nəfər yaralanıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ölkədə 100-dən çox yanğın ocağı qeydə alınıb. Fəlakət zonasındakı əhalinin sayı təxminən 200 min nəfərdir. Bir neçə magistral yol və iki dəmir yolu xətti bağlanıb.

Bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib. Hökumət beynəlxalq yardım istəyib. Yunanıstan, İspaniya, İtaliya və Fransa öz yanğınsöndürmə təyyarələrini göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti