Bakı. Trend:
2024-cü ilin yanvar-avqust aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 692 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 309 obyekt azdır.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin avqust ayında Qazaxıstan vətəndaşları Türkiyədə 98 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 43 obyekt azdır.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyədə 134 min 155 mənzil satın alınıb ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 9,9 faiz çoxdur.
Məlumata görə, 2024-cü ilin yanvar – avqust aylarında Türkiyədə 806 min 317 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
2024-cü ilin avqust ayında Türkiyədə xarici vətəndaşlara 2 min 257 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 26,2 faiz azdır.
Bu ilin yanvar – avqust aylarında əcnəbi vətəndaşlar Türkiyədən 25 min 68 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azdır.