...

Bu ölkə Ukraynaya 510 min avrodan çox vəsait ayırıb

Dünya xəbərləri Materials 21 Sentyabr 2024 13:13 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Estoniya Ukraynanın enerji infrastrukturunun zəifləməsinə görə qışa hazırlanması üçün 510 min avrodan çox vəsait ayırıb.

Trend bu barədə Estoniya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Xarici İşlər Nazirliyi Ukraynada fəaliyyət göstərən strateji humanitar yardım tərəfdaşları Mondo və Estoniya Qaçqınlar Şurasına 513 660 avro verib.

Mondo və Estoniya Qaçqınlar Şurasına ayrılan vəsaitlərlə onlar Xarkovda məcburi köçkünlər üçün sığınacaqların təmiri və izolyasiyası, Xarkov və Dnepropetrovsk vilayətlərindəki 17 sığınacağı istilik cihazları ilə təmin edilməsi, eyni zamanda Gürcüstandakı ukraynalı qaçqınların qış xərclərinin ödənilməsini təmin edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti