...

İran prezidenti Türkmənistana gedəcək

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 15:42 (UTC +04:00)
İran prezidenti Türkmənistana gedəcək
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian oktyabrın 10-da Türkmənistana səfər edəcək.

Trend-in məlumatına görə, bunu İran Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru Həbibulla Abbasi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İran prezidenti məşhur türkmən şairi Məxtumqulu Fəraqinin 300 illiyi ilə əlaqədar təşkil olunacaq tədbirə qatılacaq.

Abbasi bildirib ki, İran prezidenti Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovla və bu ölkənin digər rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.

İran rəsmisi İran prezidentini səfər çərçivəsində başqa ölkələrin rəhbərləri və rəsmiləri ilə görüşlər keçirəcəyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti