...

Türkiyədə FETÖ əməliyyatı: 10 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 9 Oktyabr 2024 09:57 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 4 vilayətində FETÖ-yə qarşı əməliyyatda 10 şübhəli saxlanılıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, FETÖ-nün Türkiyə Silahlı Qüvvələrinin məxfi strukturlarında fəaliyyət göstərdiyi iddia edilən 12 şübhəliyə qarşı həbs qərarı verilib.

Konya, Ankara, İstanbul və Isparta şəhərlərində eyni vaxtda keçirilən əməliyyatda 10 şübhəli saxlanılıb.

Digər şübhəlilərin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti