Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Aşqabada uçub. Burada o, “Zamanlar və sivilizasiyalar münasibətləri – sülhün və inkişafın əsası” adlı beynəlxalq forumda iştirak edəcək. Həmçinin, Putin iyulda seçilmiş İran Prezidenti Məsud Pezeşkianla görüşəcək.
Trend xəbər verir ki, forum böyük türkmən şairi və mütəfəkkiri, ədəbi türkmən dilinin banisi hesab edilən Məqtimqulu Fraqinin anadan olmasının 300 illiyinə həsr olunub. Tədbirdə ondan çox dövlətin liderləri ilə yanaşı, beynəlxalq təşkilatların, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının rəhbərlərinin iştirakı planlaşdırılır.
Pezeşkianla görüşdə Rusiya dövlət başçısı ikitərəfli məsələləri və Yaxın Şərqdə kəskin pisləşən vəziyyəti müzakirə etməyi planlaşdırır.
Digər ikitərəfli əlaqələr də istisna edilmir.