...

ABŞ demokratların immiqrasiya siyasətinə görə dünyanın zibilxanasına çevrilib - Tramp

Dünya xəbərləri Materials 25 Oktyabr 2024 03:16 (UTC +04:00)

Bakı. Trend:

Hazırkı Amerika administrasiyasının miqrasiya siyasəti ABŞ-ni bütün dünya üçün zibilxanaya çevirib.

Trend-in məlumatına görə, bu barədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp deyib.

"[ABŞ-nin vitse-prezidenti] Kamala Harris vəzifəyə gələndə o, bilərəkdən sərhədimizi açdı. Bu, dünyanın hər yerindən həbsxanalardan, ruhi xəstəxanalardan miqrantların axınına qapı açdı. Biz isə bilxanayıq, dünya üçün zibil qutusuyuq", - deyə D.Tramp Tempe şəhərində tərəfdarların qarşısında çıxışı zamanı deyib.

Tramp həmçinin söz verib ki, seçkidə qalib gəlsə, noyabrın 5-i “Amerikanın azad edilmə günü” olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti