...

Kanada Çin mallarına yeni tariflər tətbiq etməyi planlaşdırmır

Dünya xəbərləri Materials 9 Noyabr 2024 05:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada hökuməti Çin mallarına yeni rüsumlar tətbiq etməyi planlaşdırmır.

Trend xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə baş nazirin müavini Kristia Friland məlumat verib.

“Bu gün (8 Noyabr) Çinə əlavə rüsumlarla bağlı elan edəcəyim heç nə yoxdur. Deyəcəyim odur ki, yayda elan etdiyimiz və oktyabr ayında qüvvəyə minən tariflər Kanada işçilərini qorumaq üçün həqiqətən zəruridir,” – deyə Friland bildirib. O, Kanada hökumətinin Çin tarifləri ilə bağlı son məsləhətləşmələrinin nəticələri ilə bağlı suala cavab verərkən bu fikirləri səsləndirib.

Kanada hökuməti oktyabrın 1-dən etibarən Çindən gələn bütün elektrik avtomobillərinə, o cümlədən yük maşınlarına və avtobuslara 100% tariflər tətbiq edib. Oktyabrın 22-də isə Ottava, Çindən polad və alüminium məhsullarının idxalına 25% vergi tətbiq etmək qərarı alıb. Baş nazir Castin Trudeau bu tədbirləri Kanada maraqlarını qorumaq məqsədilə tətbiq edildiyini bildirib, çünki onun sözlərinə görə, “Çin digər ölkələrlə eyni qaydalarla oynamır.”

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsian buna cavab olaraq bildirib ki, Ottavanın belə bir addımı iki dövlət arasında ticarət və iqtisadi əlaqələri korlaya bilər. O, kanadalıların hərəkətlərini tipik proteksionist yanaşma adlandırıb.

Xəbər lenti

Xəbər lenti