Bakı. Trend:
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp 2025-ci ilin yanvarında baş tutacaq inauqurasiya mərasiminə cavabdeh komitə yaradıb.
Trend-in məlumatına görə, bu barədə siyasətçinin keçid komandasının məlumatında bildirilib.
"Donald Tramp - ABŞ-nin 45-ci və 47-ci prezidenti - bu gün andiçmə mərasiminin planlaşdırılması ilə məşğul olacaq <...> komitənin yaradıldığını elan edib", - deyə qeyd olunub.
Komitəyə sərmayədar Stiv Vitkoff və Corciya ştatından olan keçmiş respublikaçı senator Kelli Leffler rəhbərlik edəcək.