Bakı. Trend:
Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" iş yerlərinin ixtisarına qarşı dekabrın 2-də ümummilli xəbərdarlıq tətili ilə üzləşəcək.
Trend xəbər verir
ki, "IG Metall" sənaye həmkarlar ittifaqının Aşağı Saksoniya üzrə
nümayəndəsi Torsten Qröger bu barədə açıqlama verib:
"Bazar ertəsi bütün fabriklərdə xəbərdarlıq tətilləri
keçiriləcək."
Şirkət qənaət tədbirləri çərçivəsində ən azı üç zavodunu bağlamağı və onminlərlə iş yerini ixtisar etməyi planlaşdırır. Hazırda "Volkswagen"in Almaniyadakı 10 zavodunda təxminən 120 min işçi çalışır. Qənaət tədbirlərini dəstəkləyən konsern rəhbərliyi isə 30 minədək işçini işdən çıxarmağı nəzərdən keçirir.
Bu qərar ölkədə ciddi narazılıq doğurub və işçilər arasında genişmiqyaslı etirazlara səbəb olub.