...

Meksika və Kanada subsidiya əvəzinə ABŞ-ın bir hissəsi ola bilər - Tramp

Dünya xəbərləri Materials 10 Dekabr 2024 03:21 (UTC +04:00)
Meksika və Kanada subsidiya əvəzinə ABŞ-ın bir hissəsi ola bilər - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Meksika və Kanadaya verilən subsidiyalar barədə maraqlı təklif irəli sürüb.

Trend “Newsweek” jurnalına istinadən xəbər verir ki, Tramp ABŞ-ın bu iki ölkəyə illik olaraq böyük məbləğdə maliyyə yardımı etdiyini vurğulayıb.

“ABŞ Kanada və Meksikaya müvafiq olaraq ildə 100 milyard və 300 milyard dollardan çox subsidiya verir. Biz bunu etməməliyik. Niyə bu ölkələrə subsidiya veririk? Əgər biz onlara maliyyə yardımı edəcəyiksə, qoy onlar bizim ştatlarımız olsun”, - deyə Tramp bildirib.

Bu açıqlama geniş müzakirələrə səbəb olub və Trampın iqtisadi siyasətinə dair yeni suallar yaradıb.

Xəbər lenti

Xəbər lenti