...

Adana hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib

Dünya xəbərləri Materials 13 Yanvar 2025 14:39 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin dekabr ayında Türkiyənin Adana Hava Limanına gələn sərnişinlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 34 faiz azalaraq, 3 milyon 120 min 925 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 35 faiz azalaraq, 2 milyon 508 min 755 nəfər, beynəlxalq reyslər üzrə isə 31 faiz azalaraq 612 min 170 nəfər təşkil edib.

2024-cü ilin dekabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalaraq 32 min 37 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 36 faiz azalaraq, 23 min 247 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 34 faiz azalaraq, 8 min 790 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin dekabr ayı ilə müqayisədə 30 faiz azalaraq, 32 min 854 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 28 faiz azalaraq, 27 min 987, beynəlxalq reyslər üzrə isə 40 faiz azalaraq 4 min 867 olub.

2024-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 764 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti