...

Avropa İttifaqı ukraynalı qaçqınlara 148 milyon avroluq yardım ayırıb

Dünya xəbərləri Materials 13 Yanvar 2025 16:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Ukrayna münaqişəsi ilə əlaqədar Ukraynaya və ukraynalı qaçqınların sığındığı Moldovaya əlavə 148 milyon avroluq humanitar yardım ayırıb.

Trend xəbər verir ki, bu haqda Avropa Komissiyasının rəsmi bəyanatında deyilir.

“148 milyon avroluq maliyyələşmə ilə həm Ukraynada, həm də Moldovada həyati əhəmiyyətli humanitar yardıma dəstək davam edəcək. Həmçinin bununla Avropa Komissiyasının humanitar yardımının ümumi məbləği 1.1 milyard dolları ötmüş olacaq”,- bəyanatda qeyd olunur.

Qeyd olunan məbləğdən 140 milyon avrosu sırf Ukraynadakı humanitar layihələrə köçürüləcək və əsasən təcili tibbi yardım, ərzaq, yaşayış, içməli su təminatı, səhiyyə, qış mövsümündə qorunma kimi sahələri əhatə edəcək. Bəyanata əsasən, əsas prioritet Ukraynanın şərqi və cənubunda əhalinin münaqişədən ən çox əziyyət çəkmiş təbəqəsi olacaq .

Xəbər lenti

Xəbər lenti