Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində azad etmək niyyətində olduğu girovların tam siyahısını yaxın saatlarda təhvil verməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, HƏMAS azad etməyi planlaşdırdığı bütün girovları təhlükəsiz bölgələrə köçürdükdən sonra adların siyahısını təhvil verəcəyini vasitəçilərə çatdırıb.
Razılaşmanın birinci mərhələsinin bazar günü yerli vaxtla səhər saat 8:30-da qüvvəyə minməsi gözlənilir.