Bakı. Trend:
Qətər, Misir və ABŞ, atəşkəsin 16-cı günündə Fələstin HƏMAS hərəkatı ilə İsrail arasında Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin detallarını razılaşdırmaq üçün fevralın 3-də məsləhətləşmələrə başlayacaq.
Trend xəbər verir ki, bu barədə Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.
“Sazişin 16-cı günündə zaminlər sazişin ikinci mərhələsinin həyata keçirilməsi üzrə danışıqların aparılması üçün işə başlayacaqlar”, – deyə o qeyd edib.
Məsləhətləşmələrdə tərəflər atəşkəsin davam etdirilməsi, Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması və digər tərəfdaşların iştirakı ilə bölgədə sülhün təmin edilməsinin yollarını müzakirə edəcəklər.