Bakı. Trend:
Suriya Keçid Hökumətinin xarici işlər naziri Əsəd Həsən Şeybani, ölkəyə tətbiq edilmiş iqtisadi sanksiyaların ləğv edilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edib.
Trend-in məlumatına görə, Suriya diplomatının bu bəyanatı Davosda Dünya İqtisadi Forumunda Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr ilə söhbəti zamanı səsləndiyi bildirilib. Şeybani “İqtisadi sanksiyaların ləğvi Suriyanın sabitliyi üçün vacibdir” deyə vurğulayıb.
Daha əvvəl Suriya Ərəb Respublikasına qarşı beynəlxalq sanksiyaların ləğvinə Türkiyə, Səudiyyə Ərəbistanı, Almaniya, Fransa, İspaniya və Niderland da çağırış etmişdi. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk də sanksiyaların ləğvinin zəruriliyindən bəhs etmişdi.