Bakı. Trend:
Meksika hökumməti ABŞ-yə aid hərbi təyyarənin ölkə ərazisində eniş etməsinə icazə verməyib.
Trend bu barədə ABŞ KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, göyərtəsində deportasiya olunan qanunsuz mühacirlər olan ABŞ Hərbi Hava Qüvvələrinə aid iki “C-17” təyyarəsi Qvatemala istiqamətində uçub və hər birində 80-ə yaxın sərnişin olub. Meksikaya uçuşu nəzərdə tutulan reys isə baş tutmayıb. Belə ki, Meksika tərəfi bunun üçün müvafiq icazə verməyib. İmtinanın təfərrüatları barədə məlumat verilmir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yanvarın 20-də ABŞ-Meksika sərhədinə fövqəladə vəziyyətin tətbiq olunması ilə bağlı fərman imzalayıb.