Bakı. Trend:
İsveç misli görünməmiş partlayış dalğası yaşayır. Belə ki, yanvar ayında artıq 24 partlayış baş verib və bu, 2019-cu ilin noyabrında müəyyən edilmiş 22 partlayış rekordunu üstələyib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, partlayışların əksəriyyəti hədə-qorxu ilə pul tələb etmək, o cümlədən şirkətlərə və onların işçilərinə qarşı yönəlmiş hadisələrdir.
Ölümlə nəticələnən atışmaların 30 faiz azalmasına baxmayaraq, 2022-ci ildən etibarən yeni zorakılıq dalğası təhlükəsi yüksək olaraq qalır.