Bakı. Trend:
Rusiyanın İrkutsk vilayətində qeydə alınıb. Episentrdə yeraltı təkanların intensivliyi 5,6 bala çatıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi bildirib.
"Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsinin məlumatına görə, bu gün saat 06:54-də seysmik hadisə qeydə alınıb, zəlzələnin episentri Baykal gölünün akvatoriyasında, Bolşoye Qoloustnoye qəsəbəsindən (İrkutsk dairəsi) 36 km aralıda olub. Episentrdə intensivlik 5,6 bal təşkil edib", - deyə qeyd olunub.
Rusiya FHN bildirib ki, İrkutskda zəlzələ 3 bal gücündə hiss olunub. “Hər hansı dağıntı və xəsarət alan yoxdur, bütün infrastruktur obyektləri ştat rejimində işləyir", - deyə qeyd olunub.