...

Qrenlandiya sakinləri adanın ABŞ-nin tərkibinə daxil olmasına "yox" dedi - Sorğu

Dünya xəbərləri Materials 29 Yanvar 2025 13:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qrenlandiya sakinlərinin 85 faizi adanın ABŞ-nin tərkibinə keçməsini istəmir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Verian” sosioloji mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əks olunub.

Məlumata görə, yalnız qrenlandların 6 faizi adanı ABŞ-nin tərkibində görmək istəyir. Respondentlərin 9% bitərəf qalmağa üstünlük verib.

Qeyd edək ki, sorğu 22-26 yanvar tarixlərində adanın yaşı 18-dən yuxarı olan 497 sakindən alınan onlayn-müsahibə əsasında keçirilib. Onlara bu sual verilib: “Siz Qrenlandiyanın Birlikdən (Danimarka, Qrenlandiya və Farer adaları) çıxıb, ABŞ-nin tərkibinə daxil olmasını istərdinizmi?”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp öz çıxışlarında dəfələrlə Qrenlandiyanı ABŞ-nin tərkibində görmək istədəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti