Bakı. Trend:
“Gürcü arzusu” komandasının birgə qərarı ilə səlahiyyətlərimizin təsdiqlənməsinə baxmayaraq, bu gündən etibarən Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq.
Trend xəbər verir ki, bunu Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, hakim “Gürcü arzusu” partiyasının üzvü Tea Tsulukiani deyib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin əleyhdarları gürcü nümayəndə heyətinin etimadnaməsinin AŞPA-da ümumiyyətlə tanınmamasını istəyirdilər, lakin qurum etimadnamələri tanıyıb, lakin müəyyən şərtlərlə, bunlardan biri də yeni parlament seçkilərinin keçirilməsi olub.